Göygöldə dərədən kişi meyiti tapılıb

  • By admin
  • 22 Noyabr 2019 20:31

Göygöl rayonunda naməlum kişi meyiti tapılıb. 

Gununsei.org-un məlumatına görə, hadisə Balçılı kəndində, “Kəhriz” deyilən ərazidə qeydə alınıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. Hazırda onun kimliyi və ölüm səbəbi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsei.org