Göyçayda iki nəfər bıçaqlanıb

  • By admin
  • 15 Dekabr 2016 20:02

bichaq-alda

 

Göyçay rayon sakinləri arasında dava bıçaqlanma ilə nəticələnib.APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ərəbcəbirli kəndində qeydə alınıb. Ərəbcəbirli kənd sakini 1964-cü il təvəllüdlü Səmədov Azər Seyid oğlu və Göyçay şəhərinin R.İsayev küçəsindəki 90 saylı ünvanda yaşayan 1962-ci il təvəllüdlü İbrahimov Əbülfəs Malik oğlu bıçaq xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların qarın və boğaz nahiyəsindən bıçaqlandığı bildirilir. Yaralılar cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat olunublar.

Hadisənin hansı səbəbdən baş verdiyi və bu iki şəxsin kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil. İlkin ehtimala görə, Azər Səmədov və Əbülfəs İbrahimov bir-birini bıçaqlayıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Gununsesi.info