Göyərtilərin naməlum faydaları

  • By admin
  • 30 Avqust 2016 10:19

goyerti

Hamı bilir ki, göyərtilər çox faydalıdır. Lakin onların əsl müalicəvi xüsusiyyətləri haqqında çoxlarımızın xəbəri yoxdur. Sizə göyərtilərin müalicəvi xüsusiyyətlərini təqdim edirik.

Reyhan – qan dövranını yaxşılaşdırır, nəfəs yollarını təmizləyir, qanda şəkərin səviyyəsini tənzimləyir, orqanizmi sərbəst radikalların təsirindən qoruyur, iltihabəleyhinə və qurdqovucu təsirə malikdir.

Kərəviz – orqanizmi onkoloji xəstəliklərdən qoruyur, göbələk və mikrobəleyhinə təsirə malikdir, həzm və mübadilə prosesləri yaxşılaşdırır, böyrəkləri təmizləyir, ürək-damar sistemi üçün faydalıdır.

Şüyü– həzm sistemi üçün olduqca faydalıdır, qanda şəkərin və xolesterinin səviyyəsini tənzimləyir. Son elmi araşdırmalar sübut edib ki, şüyüd və onun toxumları güclü xərçəngəleyhinə təsirə malikdir.

Yaşıl soğan – antiseptik və iltihabəleyhinə təsirə malikdir, immun sistemini gücləndirir, güclü afrodiziakdır.

Cəfəri – böyrəklər və qan sistemi üçün çox faydalıdır, xərçəngəleyhinə təsirə malikdir.

Keşniş –  güclü antiseptik, iltihab və mikrobəleyhinə xüsusiyyətlərə malikdir, ödemlərlə mübarizə aparır, böyrəkləri təmizləyir, orada olan duzları və qumu xaric edir.

İspanaq – qanın tərkibinə müsbət təsir edir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısnı alır, tərkibində fol turşusunun olduğuna görə hamilə qadınlar üçün faydalıdır.

 

Gununsesi.info