“Gömrük Komitəsində rüşvət və korrupsiyanın kökü tam kəsilib” - VƏKİL

  • By admin
  • 18 May 2020 19:53

Tanınmış vəkil Ceyhun Yusifov Dövlət Gömrük Komitəsi rəhbərliyinin eyni bölgədən olması barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Qeyd edək ki, Ceyhun Yusifov ötən ilə qədər Gömrük Komitəsinin İstintaq Şöbəsinin rəisi olub. Bu struktura yaxından bələd olan Ceyhun Yusifov qeyd edib ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin fəaliyyəti bütün qurumlar üçün nümunə olmalıdır:

“İnanın ki, deyilənlər tam əsasızdır. Dövlət Gömrük Komitəsi bəlkə də yeganə orqandır ki, rüşvətin, korrupsiyanın kökü tam kəsilib. Kifayət qədər məni tanıyırsan və bilirsən ki, heç zaman nədənsə çəkinmədən haqqı demişəm, bu gündə haqqı deməyi özümə borc bildim. Qaldı, kadrların regional bağlılığına, o yanaşma da hesab edirəm ki, obyektiv deyil. Gömrük Komitəsində kifayət qədər müxtəlif regiondan olan rəhbər şəxslər mövcuddur. Amma hazırki nümunəvi kadırların regional kimliyini araşdırıb, nə vaxtsa korrupsiyanın tuğyan etdiyi və düzələcəyinədə heç kəsin inanmadığı bir orqanı tam şəffaf quruma çevirən bu şəxslərin fəaliyyətini kölgə altına almaq əz azı insafsızlıqdır. Onu da sonda xatırlamağı özümə borc bilirəm ki, bir müddət əvvəl şəxsən Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin KİV-nümayəndələrinə “bu qurumda kimliyindən asılı olmayaraq kiminsə bir manat belə rüşvət alsa, bunun məssulyətini daşımağa tam hazıram” deyə açıq bəyanat vermişdi. İndi siz deyin, hansı Nazir və ya Mərkəzi icra hakimiyyətinin rəhbəri bunu KİV-qarşısında bəyan edə bilər? İndi siz araşdırın”.

Qeyd edək ki, bir neçə gün əvvəl “Meydan TV”-nin rəhbəri Həbib Müntəzir (Abdullayev) Azərbaycan Dövlət Gömrük Komitəsi rəhbərliyinin eyni regiondan olmasını göstərən siyahı yaymışdı. Həmin siyahıda Dövlət Gömrük Komitəsi rəhbərliyində çalışan şəxslərin Naxçıvan Muxtar Respublikasında doğulduğu qeyd olunur.

 

Gununsesi.org