“Göbələk toplayıb yeyənləri çox diqqətli olmağa çağırırıq…” - Qənirə Paşayeva

  • By admin
  • 24 Oktyabr 2016 12:38

qanira-yeni

“Həyat-bacalarından,meşələrdən göbələk toplayıb yeyənləri çox diqqətli olmağa çağırırıq”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva öz “Facebook” statusunda yazıb.

“Tovuzun Dönük Qırıqlı kəndində yaşadığı evin həyətində göbələk yığaraq bişirən və yedikdən sonra ağır vəziyyətdə Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılan 23 yaşlı Svetlana Abbasovanın vəziyyəti ilə bağlı tez-tez xəstəxananın rəhbərliyi və həkimləri ilə danışırıq. Çox şükr ağır vəziyyətdən çıxdı”-deyə, qeyd edən millət vəkilinin yazdığına görə, xəstənin vəziyyəti yavaş-yavaş yaxşılaşır.

“İnşallah, qısa zamanda sağlamlığına tam qovuşacaq. Amma özəllikə rayonlarda, kəndlərimizə insanlarımız göbələk toplayıb yeyən zaman çox diqqətli olmalıdır. Və yedikdən sonra narahatlıq hiss etməyə başlayarlarsa, dərhal həkimə müraciət etməlidirlər. Gecikmək ciddi fəsadlar və faciələrə yol aça bilir. Çünki göbələk zəhərlənməsi çox ağır ola bilir. Svetlana xanıma bir daha keçmiş olsun. Dualarınızı əksik etməyin”-deyə, o, daha sonra yazıb.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info