Gerebert Zalber: “Atəşkəs rejimi kobud şəkildə pozulub”

  • By admin
  • 22 Oktyabr 2016 10:00

ates 

“Təəssüf ki, atəşkəs rejimi kobud şəkildə pozulub və aprel döyüşlərinin təkrarlanmasının qarşısının alınmasının mümkün olacağını düşünürəm. Çünki atəşkəs rejiminə riayət olunması sülh danışıqlarının mühüm komponentidir. Aprel hadisələrinin təkrarlanmayacağına ümid edirəm”.

Gununsesi.info erməni mətbuatına istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran məsələləri üzrə xüsusi nümayəndəsi Gerbert Zalber İrəvanda keçirdiyi mətbuat konfrasında  belə deyib. O bildirib ki, Avropa İttifaqında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki aprel hadisələrindən sonra atəşkəs rejiminə riayət olunacağına ümid edirlər.

Qeyd edək ki, Aİ-nin xüsusi nümayəndəsi oktyabrın 25-də Azərbaycana üçgünlük səfər edəcək.

Gülnaz Qənbərli

Gununsesi.info