General nazir müavini vəzifəsindən azad edilib?

  • By admin
  • 09 Mart 2020 13:53

Nazim Məmmədovun adına Fövqəladə Hallar Nazirinin müavinləri siyahısında rast gəlinmir.

Gununsesi.org Unikal.org-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirinin müavini, general-leytenant Nazim Məmmədovun adı nazir Kəmaləddin Heydərovun müavinləri siyahısından çıxarılıb.

Xatırladaq ki, N. Məmmədov 2018-ci ildə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Fövqəladə Hallar nazirinin müavini təyin edilib.

Qeyd edək ki, hazırda müavinlər siyahısında  Rəfail Mirzəyev, Faiq Tağızadə, Etibar Mirzəyev, Ragim Lətifov, Orucəli Hacıyev, Teymur Mehdiyev və Tapdıq Əmiraslanovun adı yer alıb.

Gununsesi.org