Gavalının sağlamlıq üçün faydaları

  • By admin
  • 12 İyun 2016 15:27

gavali

Gavalı çox faydalı meyvədir. Gavalı bir çox vitaminlər (A, B qrupu, P), minerallar (kalium, kalsium, ftor, maqnezium, sink, yod, mis, sink), qidalı liflər, orqanik turşularla zəngindir.
Gavalı insan sağlamlığına çox müsbət təsir edir. Meyvənin faydaları arasında:
– “kumarin” maddələrlə zəngin olan gavalı damarları genişləndirir, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.
– gavalı həmçinin P vitamini ilə zəngindir. Bu vitamin damarların sağlamlığı və elastikliyi üçün çox vacibdir. Gavalı damarları möhkəmləndirir, qan təzyiqinin tənzimləsinə kömək edir.
– qəbizlik zamanı müalicəvi təsir göstərir – bağırsaqların fəaliyyətini yaxşılardırır, bağırsaqları təmizləyir. Qəbizlik zamanı qara gavalı və qara gavalı qurusu müalicəvi məhsul kimi çox geniş istifadə olunur.
– gavalı orqanizmi ziyanlı maddələrdən təmizləyir, qanda xolesterinin səviyyəsini aşağı salır, aterosklerozun profilaktikasında istifadə olunur.
– sidikqovucu təsirə malik olan gavalı böyrəklər üçün çox faydalıdır.
– gavalı kaliumla olduqca zəngindir. Bu mineral ürək əzələsinin normal fəaliyyəti üçün çox vacibdir. Hipertoniya və ürək xəstəliklərindən əziyyət çəkənlər tez-tez gavalı və gavalı qurusu yeməlidir.
– gavalı maddələr mübadiləsi proseslərinə müsbət təsir edir.
– gavalı ödqovucu təsirə malikdir, öd kisəsində durğunluq proseslərini azalıdır.
– gavalı podaqra və revmatizmdən əziyyət çəkənlər üçün faydalıdır.
– “antosian” maddələrlə zəngin olan gavalı xərçəngəleyhinə təsirə malikdir.
– immuniteti möhkəmləndirir.
– sinir sistemi üçün faydalıdır.
– qanın tərkibini yaxşılaşdırır.