Gənc sahibkarlar  Gəncədə  investisiya mövzusunu müzakirə etdilər

  • By admin
  • 02 İyul 2016 11:25

vus1

Demokratik İslahatçı Gənclər İctimai Birliyi və Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncədə “Gəncə Avropa gənclər paytaxtı 2016 çərçivəsində “Gənc sahibkarların beynəlxalq Forumu” keçirilib. Gununsesi.info-nun xəbərinə görə,  Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin İdarə Heyətinin sədri Vüsalə Hüseynli bildirib ki, Forumun keçirilməsində məqsəd Azərbaycanın, xüsusilə ölkənin ikinci böyük şəhəri, sənaye şəhəri olan Gəncənin investisiya mühiti barədə ış adamlarına geniş məlumat verərək, Azərbaycan iqtisadiyyatı və onun beynəlxalq biznes mühitinin nümayəndələrinə açıq olmasını əyani şəkildə göstərməkdir.

Eyni zamanda, Azərbaycanın qeyri-neft sektorunun ən parlaq biznes sahələrindən sayılan turizm bölgəsi kimi təqdim etməkldir: “ Bu gün Azərbaycanın gənc xanımları müxtəlif sahələrdə  uğurlar qazanırlar, o cümlədən turizm sahəsində ciddi naliyyətlər qazanıblar. Bir çox Avropa ölkələrindən fərqli olaraq, bu gün Azərbaycan gənclərinin, Azərbaycan xanimlarının  örnək ala biləcəyi siyasətdə uğur qazamnış ölkənin birinci xanımı Mehriban Əliyevanın simasında nümunəsi var. Mehriban xanım ölkənin gənc xanımlarına  3 övlad anası, siyasətçı xanımı, eyni zamanda özünün çox sahəli fəaliyyəti ilə , aktiv Azərbaycan qadını nümunəsini özündə birləşdirən bir nümunədir”.

vus2

Forumda çıxış edən Gəncə Gənclər və İdman İdarəsinin rəhbəri Müşviq Cəfərov qonaqları şəhər rəhbərliyi adından salamlayaraq, onlara Forum çərçivəsində edəcəkləri müzakirələrdə uğurlar arzulayıb. M.Cəfərov qonaqlara bu il Gəncənin Avropa gənclər Paytaxtı elan olunması ilə bağlı geniş məlumat verərək, keçirilən tədbirlər barədə danışıb

Sonra Serbiya, Litva, Çexiya, Almaniya, Gürcüstan, Qırğızıstan, və digər ölkələrdən olan iş qadınları öz təcrübələrini bölüşərək, uğur hekayələrini təqdim ediblər. Tədbirdə, Gəncə şəhər Statistika Komitəsinin rəhbəri, Gəncədən olan  iş adamları da öz fəaliyyətləri barədə təqdimat ediblər.

vus3

Xatırladaq ki, Forumda  Avropa və MDB ölkələri daxil olmaqla 12 ölkənin nümayəndəsi  iştirak edirlər.