Gənc oğlan özünü asıb

  • By admin
  • 29 Noyabr 2016 11:57

intihar 

Bakının Səbail rayonunda intihar hadisəsi baş verib.

Gununsesi.info-nn xəbərinə görə, hadisə  İbrahim Xəlil küçəsi, 16 saylı mənzildə qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Samid Şirvanov özünü yaşadığı evdə asaraq öldürüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Gülnaz Qənbərli

Gununsesi.info