Gəncədəki qətl hadisəsinin təfərrüatı: Baba arvadını, gəlinini və iki nəvəsini bıçaqladı

  • By admin
  • 16 İyun 2020 21:18

Gəncədə dörd nəfərin bıçaqlanması ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.

Gununsesi.org-un məlumatına görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Ailə başçısı həyat yoldaşını, gəlinini və iki nəvəsini bıçaqlayıb.

Nənə yerindəcə dünyasını dəyişib.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

 

Gununsesi.org