Gəncədə yol qəzası: - xəsarət alan var

  • By admin
  • 18 Avqust 2016 12:45

qeza

Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. “Mercedes” və VAZ-21011 markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri, 1990-cı il təvəllüdlü Rauf Rzayev müxtəlif bədən xəsarətləri alaraq, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Eyni gündə şəhərin Nizami prospekti ilə Pərviz Səmədov küçəsinin kəsişməsində də qəza qeydə alınıb. Şəhər sakini, 1986-cı il təvəllüdlü Aqil Xəlilovun idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil yüksək sürətlə hərəkət edərək yolun kənarında dayanan “VAZ 2107”-ə çırpılıb. Qəza zamanı “Passat”ın sürücüsü və sərnişini, 1989-cu il təvəllüdlü Xəyal Hüseynov, həmçinin “VAZ”da olan sərnişin 1990-cı il təvəllüdlü Nuranə Əliyeva müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Sürücü A. Xəlilovun vəziyyəti normal olduğu üçün ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Digər iki nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

passat

 

passat1

 

qeza2

 

qeza1

 

Gununsesi.info