Gəncədə yataqxanada yanğın

  • By admin
  • 14 Oktyabr 2016 19:42

yangin

 

Gəncə şəhərində internat yataqxanasında yanğın baş verib.

Gununsesi.info report-a istinadən bildirir ki, hadisə saat 18:55-də Gəncə şəhəri, Tağı Arani küçəsində yerləşən yataqxanada olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, yataqxananın qaz borusunda sızma nəticəsində yanğın çıxıb. Əraziyə 4 yanğınsöndürən maşın cəlb olunub.

Hazırda 46 saylı internat yataqxanasında baş vermiş yanğının qarşısını almaq üçün işlər aparılır. Yanğın nəticəsində xəsarət alanın olub-olmadığı barədə isə hələlik məlumat yoxdur.

Gununsesi.info