Gəncədə kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

  • By admin
  • 05 Aprel 2020 22:18

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.org-un APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində 6 saylı tam orta məktəbin qabağında qeydə alınıb.

Belə ki, orta yaşlı kişi kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyata götürülüb.

Hazırda bıçaqlanan şəxsi kimliyi və hadisənin hansı şəraitə baş verməsi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

Gununsesi.org