“Gəncədə alt paltarında səhnəyə çıxdı, 200 min alıb getdi”

  • By admin
  • 03 Fevral 2020 11:00

“Bir müddət bundan əvvəl tül paltarda fotom yayılmışdı. Onun da astarı bir az yuxarı qalxmışdı. İnstaqramda yoxam, amma eşitdim ki, mənə insanlar nələr yazıb?!”.

Gununsesi.org xəbər verir ki,  bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva prodüser Tarix Əliyevin (Tolik) “Youtube” layihəsinə qonaq olarkən deyib. Sənətçi oğlunu itirdikdən sonra sosial şəbəkələrdə tənqidlərə məruz qaldığını söyləyib. O, xaricdən gələn ulduzlara yerlilərdən daha çox hörmət bəsləndiyini bildirib:

“Sərhədin o tayından bura elə müğənnilər gətirirlər ki… Demet Akalın adlı müğənni var. Gic-gic timsah kimi gülür. Onu burda əl üstündə gəzdirirlər. Kimdir o? Demet bizimkilərin dırnağı da ola bilməz. Hadisə Gəncədə alt paltarında səhnəyə çıxdı, 200 min alıb getdi. Onlara niyə hörmət edib pis söz yazmırlar? Elinizin qızıyam, əcnəbi deyiləm ki?! Söz-söhbətdən qorxuram!

Biri yazdı ki, oğlu ölüb, amma eynək taxır. Evə gələn qonağı yola salmaq üçün bayıra çıxdım. Günəş gözümə düşdü, kimsə eynək taxdı. Həm mən hazırlaşmamışdım ki, yasda qara, ya göy şərf taxım? Heç inanmırdım  ki, balam dünyasını dəyişəcək. Bundan bir material edib yazdılar ki, göy şərf örtür!”.

Gununsesi.org