“Gəncə məhbusu”nun ölümü ilə bağlı - RƏSMİ AÇIQLAMA

  • By admin
  • 30 Sentyabr 2019 10:06

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti “Gəncə hadisələri”nə görə həbs edilən Eşqin Əliyevin ölümü ilə bağlı  açıqlama verib.

PX-nın mətbuat katibi Mehman Sadıqov Gununsesi.org-a açıqlamasında bildirib ki, Quliyev Eşqin Zahid oğlu Müalicə Müəssisəsinə qəbul edilərkən onda bir sıra xəstəliklər müəyyən edilib: “Bir müddətdir ki, bu xəstəliklərdən müalicə alırdı. Sentyabrın 29-da isə uzun müddətli intensiv müalicələrə baxmayaraq vəfat edib. Onun ölüm səbəbi kimi İİV infeksiyası 4-cü klinik mərhələ, viruslu Heptatit C, anemiya, dərin koma fonunda ağciyər-ürək çatışmazlığı diaqozu qoyulub”.

Qeyd edək ki, E.Quliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilmişdi

Gununsesi.org