Daha bir “Gəncə məhbusu” AZADLIQDA

  • By admin
  • 23 Avqust 2019 15:59

Bu gün Bakı Apelliyasiya məhkməsində “Gəncə işi” ilə bağlı növbəti qrupun məhkəmə prosesi yekunlaşıb.

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin Gununsesi.org-a verdiyi məlumata görə, prosesdə təqsirləndirilən şəxslərdən Elvin Əliyev məhkəmə zalından azadlığa buraxılıb.

O, həmçinin bildirib ki, 6- 9 il cəza almış şəxslərin cəzaları azaldılıb:

” İnanırıq ki, Gəncə hadisələri ilə bağlı şərlənib həbs olmuş bütün məhbuslar haqq etdikləri azadlığa qovuşacaqlar”.

Elmar

Gununsesi.org