Gəncə gömrüyünü koronavirus bürüyüb

  • By admin
  • 12 İyun 2020 13:29

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsində çalışan işçilər arasında (Gəncə şəhəri-red) “COVİD -19” pandemiyası yayılıb.

Gununsesi.org xəbər verir ki, bir neçə gün əvvəl bir əməkdaşda müəyyən edilən virus işçilər arasında yayılıb. Baş İdarənin 4 kişi, biri qadın olmaqla, 5 əməkdaşı ixtisaslaşdırılmış xəstəxanalara köçürülüb. Qadının vəziyyətinin ağır olduğu üçün süni nəfəs aparatına qoşulduğu deyilir.

Gununsesi.org