Gəncə aeroportu Koronavirusa görə gücləndirilmiş iş rejiminə keçdi

  • By admin
  • 30 Yanvar 2020 21:43

Gəncə Beynalxalq Hava Limanı gücləndirilmiş iş rejiminə keçib.

Gununsesi.org-un BAKU.WS-ə istinadən verdiyi məlumata görə, hava limanının səhiyyə məntəqəsində xüsusi izolyator otağı yaradılıb. Burada xüsusi dərman pereparatları, həmçinin həkim briqadası ayrılıb.

Həmçinin aeroportun keçid məntəqəsində də lazımı tədbirlər görülüb. Belə ki, təyyarədən enən sərnişinlər termovizir aparatı ilə yoxlanılır.

 

 

Gununsesi.org