Gəlin köçdüyü kənddə prezident oldu – Fotolar

  • By admin
  • 06 Fevral 2020 17:55

Türkiyənin Bolu rayonunu təmsil edən “Göynük Belediyespor”un yeni prezidenti müəyyənləşib.

Gununsesi.org xəbər verir ki, 35 yaşlı Ayşə Aydın klubun rəhbəri seçilib. Bununla da, o, Boluda seçilən ilk qadın prezident olub.

Ayşə 10 il əvvəl Boluya gəlin köçüb. Hazırda klubun rəhbərinin 3 övladı var və bizneslə məşğul olur.

Qeyd edək ki, o, Türkiyədə futbol klubuna rəhbərlik edən ikinci  qadın prezidentdir. İlk qadın prezident “Kayserispor”un prezidenti Berna Gözbaşıdır.