Gədəbəydə karantin rejimi səbəbi ilə 4 nəfər həbs edildi – FOTO/VİDEO

  • By admin
  • 02 May 2020 11:00

Gədəbəydə xüsusi karantin rejimi ilə bağlı tədbirlər davam etdirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirərək, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən istifadə etməyi, dezinfeksiya edici vasitələrdən istifadə etməyi tövsiyə edirlər.

Bundan başqa, rayon ərazisində mütəmadi olaraq aparılan reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb.

Belə ki, araşdırmalar zamanı 157 sakin İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə ediliblər. Əlavə olaraq dörd şəxs barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib.

 

 

 

Gununsesi.org