Gədəbəydə ağır qəza oldu, ölənlər var

  • By admin
  • 28 Fevral 2020 16:22

Gədəbəy rayonunda ağır yol qəzası baş verib.

Gununsesi.org-un verdiyi xəbərə görə, hadisə bir neçə saat öncə qeydə alınıb. “VAZ 21011” markalı avtomobillə “Pajero” markalı maşın toqquşub.

Qəza nəticəsində “VAZ 21011”in sürücüsü, 31 yaşlı Hüseynov Ruslan İbrahim oğlu və onun anası Hüseynova Nüşabə Telman qızı hadisə yerində vəfat edib.

Həmin maşında olan 2010-cu il təvəllüdlü Nuriyev Məcid Nuşirəvan oğlu və 1955-ci il təvəllüdlü Mahir Tağıyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org