Futbolçu təcavüzdə ittiham olunur: Qadının içkisinə dərman atıb

  • By admin
  • 24 May 2020 21:40
İngiltərədə təcavüz qalmaqalı yaşanıb.
İngiltərə Premyer Liqasında oynayan, adı açıqlanmayan futbolçulardan birinə qarşı təcavüz ittihamı irəli sürülüb. Gecə baş verən hadisə haqda polisə danışan qadın içkisinə dərman qatıldığından bir neçə nəfərin təcavüzünə məruz qaldığından şübhələndiyini açıqlayıb.
Qanuni əsasla adı gizli saxlanılan qadın Premyer Liqada forma geyən bir futbolçunun evinə getdiyini açıqlayıb. O, karantin günlərində təşkil olunan partiyə qatıldığını, cəmi iki badə alkoqollu içki qəbul etdiyini, ancaq səhər oyandığında heç nə xatırlamadığını söyləyib.
İçkisinə dərman qatıldığından şübhələnən qadın, səhər oyanarkən yataqda çılpaq olduğunu və ayaqlarında cızıqlar gördüyünü deyib. Bir futbolçu ilə dostunun da onun yanında yatdığını bildirən xanım gecə nələrin baş verdiyini soruşduqda “Gecə səninlə sevişdik” cavabını alıb. Evdən dərhal ayrıldığını bildirən zərərçəkən polisə gedərək Premyer Liqa futbolçusu və dostunun ona təcavüz etməsi ilə bağlı şikayət edib.
Gununsesi.org