Futbolçu koronavirusa yoluxdu

  • By admin
  • 27 Fevral 2020 18:28

İtaliyanın C Seriyasında çıxış edən klublardan birinin futbolçusu koronavirusa yoluxub.

Gununsesiaz.info xəbər verir ki, futbolçunun kimliyi və hansı komandada oynaması hələki açıqlanmayıb.

 Oyunçunun ötən həftə qızdırmasının qalxmasına görə matçı buraxdığı deyilir. Hərarətə görə, koronavirus testindən keçirilən futbolçuda nəticələr müsbət çıxıb. Bu barədə onun klubuna məlumat verilib və futbolçu xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, İtaliyada koronavirusa yoluxanların sayı 470 nəfəri ötüb.

 Gununsesiaz.info