“Freedom House”  ermənipərəst mövqe tutur - Prezident İlham Əliyev

  • By admin
  • 20 Sentyabr 2016 17:05
fredm
“Freedom House”un hesabatlarının bizim üçün heç bir əsası yoxdur və bu təşkilatın və Avropa Parlamentinin Azərbaycana münasibətini nümayiş etdirir.
Gununsesi.info xəbər verir ki, bu fikri  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşü zamanı səsləndirib.
“Freedom House”-un Azərbaycanla bağlı  mövqeyinə toxunan president İlham əliyev deyib ki,  bu təşkilat Azərbaycanın azad olmadığını, internetin qismən azad olduğunu, son 10 ildə bütün Avrasiyada demokratik idarəetmədə ən çox geridə Azərbaycanın qaldığını hesab edir: “Təsəvvür edirsiniz? Bu, tamamilə gülüncdür və yəqin ki, şərh etməyə dəyməz”.
“Freedom House”a gəlincə ölkə başçısı  deyib ki, “Freedom House” isə ermənipərəst mövqe tutduğuna və Azərbaycana davamlı hücumlar etdiyinə görə ölkəmizin onunla heç bir əlaqəsi olmayan təşkilatdır: “Uzun illər “Freedom House”un rəhbəri müxtəlif səbəblər üzündən Dövlət Departamentindən qovulmuş və Azərbaycanın ən fəal tənqidçilərindən birinə çevrilmiş Kramer olub.Deyim ki, “Freedom House”un hesabatlarının bizim üçün heç bir əsası yoxdur və bu təşkilatın bu sənəddə qeyd olunması məndə təəccüb doğurur. Bu, qeyri-hökumət təşkilatıdır, yüzlərlə belə təşkilat müxtəlif hesabatlar dərc edir. Avrasiyada ən böyük geriləmənin Azərbaycanda olduğunu deməsi bu təşkilatın və Avropa Parlamentinin Azərbaycana münasibətini nümayiş etdirir”.
Gununsesi.info