Fransada tanınmış caz ustası koronavirusdan ölüb

  • By admin
  • 24 Mart 2020 14:55

Tanınmış Afro-caz ustası, saksofonçu Manu Dibanqo koronavirusdan dünyasını dəyişib.

Gununsesi.org-un APA-ya istinadən verdiyi xəbərə görə, koronavirusa yoluxmuş 86 yaşlı Manu Dibanqo bu gün səhər saatlarında Paris xəstəxanalarından birində vəfat edib.

Qeyd edək ki, Kamerun əsilli tanınmış caz ifaçısı 1949-cu ildə Marselə gəlib və ömrünün sonunadək Fransada yaşayıb. Caz ustası 1972-ci ildə “Soul Makossa” hiti ilə dünyada tanınıb. O, 2010-cu ildə “Fəxri legion ordeni”nin kavaleri adına layiq görülüb.

Hazırkı vəziyyətlə əlaqədar onun dəfn mərasiminin qapalı keçiriləcəyi, mümkün olduğu vaxt xatirəsinə həsr olunmuş mərasim təşkil ediləcəyi bildirilib.

Gununsesi.org