Fransada koronavirus xəstələrinin sayı azalır

  • By admin
  • 27 May 2020 22:21

Fransada koronavirus qurbanlarının sayı 28 596 nəfər təşkil edir.

Gununsesi.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Nazirlik bildirib ki, COVID-19-la bağlı xəstəxanaya yerləşdirilənlərin sayı azalmaqda davam edir.

Çərşənbə axşamı koronavirusdan 28 530 nəfərin öldüyü bildirilirdi. Qeyd edilirdi ki, xəstəxanalarda 16 264 insan müalicə edilir.

28 596 insan öldü, onlardan 18 260-ı xəstəxanalarda vəfat etdi”, – rəsmi məlumatda deyilir.

Epidemiyanın başlanğıcından 101 mindən çox insan xəstəxanaya yerləşdirilib, onlardan 17,8 mini reanimasiyada olub. Qeyd edilir ki, 66 mindən çox insan sağalaraq evə buraxılıb.

 

Gununsesi.org