Fransa futbol çempionatında yeni mövsüm bu tarixdə başlayır

  • By admin
  • 23 May 2020 18:53

Futbol üzrə Fransa çempionatında yeni mövsümün başlayacağı tarix bəlli olub.

Gununsesi.org “Report”a  istinadən xəbər verir ki, Liqa 1-də 2020/2021 mövsümü avqustun 22-də başlayacaq.

Çempionatın yayımçıları olan “Mediapro”, “Canal +” və “BeIN Sports” ilə məsləhətləşdikdən sonra tarix təyin edilib. Qərara əsasən əsas çempionatın avqustun 22-də, Liqa 2-nin isə avqustun 23-də startı planlaşdırılır.

UEFA İcraiyyə Komitəsinin iyunun 17-dəki iclasında avrokubokların bərpa tarixi açıqlanandan sonra təqvim dəqiqləşəcək.

Qeyd edək ki, aprelin 30-da Fransa çempionatı vaxtından əvvəl rəsmən yekunlaşıb və PSJ 2019/2020 mövsümünün qalibi olub.

Gununsesi.org