Fransa çempionu “Bavariya” ilə müqavilə bağlayıb

  • By admin
  • 01 İyul 2020 16:00

Almaniyanın “Bavariya” klubu növbəti transferini rəsmiləşdirib.

Gununsesi.org-un məlumatına görə, Bundesliqanın çempionu Tanqi Kuassinin keçidini açıqlayıb.

Fransanın PSJ klubunun 18 yaşlı müdafiəçisi yeni komandasına azad agent kimi qoşulub. Onunla 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, PSJ-nin yetirməsi olan Kuassi ötən mövsümdən əsas komandaya cəlb olunub. O, çempionu olduğu Liqa1-də 6 oyun keçirib və 2 qol vurub.

 

 

Gununsesi.org