“Forsaj 8” filminin qəhrəmanı etiraf etdi - "MƏN ŞARLİZİ ÖPƏNDƏ BİLİRDİM Kİ, XOŞUNA GƏLİR" - FOTOLAR

  • By admin
  • 11 Aprel 2017 08:30

forsaj 8

“Forsaj 8” filminin qəhrəmanlarından biri aktyor Vin Dizel çəkiliş zamanı başına gələn ən maraqlı anlardan danışıb.

Gununsesi.info-nun axsam.az-a istinadən verdiyi məlumata görə, Vin jurnalistlərin “Şarliz Teronla öpüşmə səhnəsi haqda nə deyə bilərsiniz” sualına belə cavab verib: “İlk dəfə mənə bu barədə deyəndə, heç düşünmədən razılaşdım. Şarliz də pis öpüşmür. Səhnəni təkrar çəkəndə qətiyyət şikayət etmirdim”.

Dizel öpüşmə səhnəsindən Teronun da razı qaldığını vurğulayıb: “Əlbəttə onun da xoşuna gəlib. Dodaqlar yalan demir. Mən Şarlizi öpəndə bilirdim ki, xoşuna gəlir. Həm də çox”.

Qeyd edək ki, Almaniya və Nyu-Yorkda təqdimatı olan film Bakıda aprelin 13-dən etibarən nümayişə girəcək.

forsaj 8 cekilis2

Vin Diesel, Charlize Theron  auf dem roten Teppich bei der Fast & Furious 8 Deutschland Premiere im Cinestar Sony Center Berlin am 04.04.2017 Credit: GeorgWenzel/face to face

forsaj 8 cekilis

Gununsesi.info