“Forsaj-8” filmi ilk həftədə rekord məbləğdə gəlir gətirib

  • By admin
  • 17 Aprel 2017 09:12

forsaj 8

Hollivudda çəkilən “Forsaj-8” filmi (The Fate of the Furious, 2017) prokata çıxdığı ilk həftə ərzində, ilkin məlumata görə, təqribən 532,5 milyon dollar gəlir gətirib ki, bu da sözügedən göstərici üzrə mütləq rekorddur.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, bu barədə filmin hüquqlarının məxsus olduğu Amerikanın “Universal Pictures” kinoşirkəti məlumat yayıb.

Beləliklə, Feliks Qeri Qreyin rejissoru olduğu ekran əsəri “Ulduz müharibələri: Güclərin oyanışı” filminin (Star Wars: The Force Awakens, 2015) rekordunu yeniləyib. Sonuncu dünya prokatının ilk həftəsi 529 mln. dollar gəlir gətirib.

Filmdə baş rolları Vin Dizel və Dueyn Conson ifa edir.

Gununsesi.info