“Filmə çəkilib özümü biabır etmək istəmirəm” - "CİN" LƏQƏBLİ MÜĞƏNNİ

  • By admin
  • 12 May 2017 11:53

cin leqebli mugenni

“Cin” ləqəbi ilə tanınan məşhur müğənni Ceyhun Zeynalov Türkiyədən təkliflər aldığını bildirib.

Gununsesi.info-nun məlumatına görə, muztv-yə açıqlama verən sənətçi qardaş ölkənin serial və filmlərə saundtrek mahnı yazmaq təkliflərini müəyyən səbəblərə görə rədd edib:

“Təkliflər daha çox Türkiyədən gəlir. Amma məni qane etməyən məsələlər var. Hələ ki, danışıqlar gedir. İstədiyimiz məbləğ təklif olunsa, qəbul edəcəyəm. Əgər filmə mahnı yazırıqsa, 10 mindən artıq olmalıdır. Amma filmə çəkilmək istəmirəm. İstədiyim ssenari, obraz yoxdur. Yaxşı bir film olmalıdır. Yamaq kimi orada çəkilib, özümü biabır etmək istəmirəm”.

Zeynalov yeni duet təqdim edəcəyini bildirib: “Yeni mahnılar var, duet də olacaq. Sözün düzü, özümə söz vermişdim ki, duet oxumayacağam. Hələ ki, duet ortağımın adını açıqlamaq istəmirəm”.

Gununsesi.info