Filippində təyyarə uçuş zamanı qəzaya uğrayıb

  • By admin
  • 29 Mart 2020 18:57

Filippinin paytaxtı Maniladakı beynəlxalq hava limanında göyərtəsində bir neçə sərnişin olan “Lion Air” aviaşirkətinə məxsus təyyarə uçuş həyata keçirərkən qəzaya uğrayıb.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bu barədə “Manila Bulletin” qəzeti “Twitter” səhifəsində məlumat verib.

Bildirilib ki, qəza yerinə yanğınsöndürənlər və təcili yardım maşınları gəlib. Qəzanın başqa təfərrüatı barədə bilgi verilmir.

 

 

 

Gununsesi.org