Fikrət Fərəməzoğluna yeni itttihamlar irəli sürüldü - VƏKİL İSƏ SÜBUT OLMADIĞINI DEYİR

  • By admin
  • 19 Oktyabr 2016 17:24

fikrat

Vəkil Elçin Sadıqov hüquqlarını müdafiə etdiyi həbsdəki JAM.az saytının baş rdeaktoru Fikrət Fərəməzoğlu ilə görüşüb. Gununsesi.info-nu məlumatlandıran vəkil deyib ki, hbsdə saxlanılmasının 4 cü ayının bitməsinə azı qalmış onunla ilk istintaq hərəkəti – əlavə dindirmə aparılıb: “Ona CM-nin 182.2.1, 182.2.2 və 182.2.4 cü maddələri ilə yeni məzmunlu absurd ittihamlar irəli sürüldü. İttiham kökündə onun söz azadlığı hüquqndan istifadə etməsi durur. İttihamlar əsasında ölkədə əxlaqsız yuvalar təşkil edilməsi barədə Fikrət İbişbəylinin yazıları durur. Obyekt sahibləri şikayət ediblər ki, Fikrət Fəraməzoğlu yazıları qərəzlidir, yalandır, onların şərəf və ləyaqətini ləkələyir və Fikrət Fəraməzoğlu bu yazıları onlardan pul tələb etmək məqsədilə yazıb. Lakin, ortada pul tələb edilməsi ilə bağlı heç bir sübut yoxdur. Biz istintaq qarşısında Fikrət Fəraməzoğlunun obyekt işləyənlərlə görüşməməsini sübut etmək üçün Fikrətin və onların mobiltelefon lokalizasiyalarının, danışıqların ələ keçirilməsi, İbişbəyli Fikrətin cibinə qoyulan pulların üzərindəki əl-barmaq izlərinin çıxarılması və kimə məxsus olduğunun müəyyən edilməsi, Fikrət Fəraməzoğlunun tutulduğu ərazinin TŞ kamera lent yazılarının tələb edilməsi barədə vəsatət qaldırdıq”.

Həmçinin işgəncə faktı ilə bağlı Baş Prokurorluqdan gəlib Fikrət Fəraməzoğlunu dindiriblər və o işgəncə barədə ətraflı ifadə verib.