FETÖ-nun düşməni niyə Azərbaycana buraxılmır? - DEPUTATIN CAVABI

  • By admin
  • 20 Sentyabr 2016 12:02
fazil 
 
Türkiyəli iş adamı Hüseyn Böyükfıratın səbəbsiz olaraq Azərbaycana buraxılmamasına ehtimal vermirəm.
Bunu Gününsesi.info-ya millət vəkili Fazil Mustafa  Bakıda “Böyükfırat” restoranlar şəbəkəsinin sahibi olan türkiyəli iş adamı  Hüseyn Böyükfıratın bu günlərdən Azərbaycana gələrkən hava limanından Dövlət Sərhəd Xidməti tərəfindən ölkəyə buraxılmaması və geriyə  qaytarılmasına mövqeyini açıqlayarkən deyib.
H. Böyükfıratın Azərbaycana buraxılmaması ilə bağlı məlumata malik olmadığını dilə gətirən F. Mustafa deyib ki, bu barədə konkret məlumata malik olmadığımdan, bunun səbəbi barədə ancaq Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi ancaq məlumat verə bilər: “Ancaq onu deyə bilərəm ki,  hüquq-mühafizə orqanlarının əlində əsas olmadan  Türk iş adamının əsassız olaraq  ölkəyə buraxılmamasına inanmıram. Yəqin ki, nələrsə var ki, o, ölkəyə buraxılmayıb. Biz yalnız fikir söyləyə bilərik ki,  bu nə qədər doğrudur və ya doğru deyil. Bəlkə elə əsaslar var ki, bizim fikir söyləməyimiz düz  və yerində olmayan fikir ola bilər. Odur ki, informasiyanı dəqiqləşdirəndən sonra hansısa fikir söyləmək olar”.
Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun  məsələ ilə maraqlandığına gəldikdə, millət vəkili deyib ki,  hesab edirəm məsələ araşdırılıb həllini tapar. “Bu gün Azərbaycan Türkiyə münasibətləri elə səviyyədədir ki, Türk iş adamının Azərbaycana buraxılmaması biznes mühitinə çox mənfi təsir göstərə bilər. O baxımdan vəziyyəti Azəbaycan tərəfi nəzərə alır. Ona görə də, hesab edirəm ki, Hüseyn Böyükfırat səbəbsiz buraxılmamasına ehtimal vermirəm”- deyə, millət vəkili vurğulayıb.
Mürtəza
Gununsesi.info