Fatih Terim koronavirusa yoluxub

  • By admin
  • 23 Mart 2020 23:27

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim koronavirusa yoluxub.

Gununsesiaz.info-nun məlumatına görə, bu barədə çalışdırıcı özü bildirib.

O, testlərin müsbət nəticə verdiyini və koronavirus xəstəliyinə yoluxduğunu söyləyib: “Xəstəxanada etibarlı əllərdəyəm. Narahat olmayın. Ən qısa müddətdə xəbərləşmək ümidi ilə”.

Qeyd edək ki, “Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak da koronavirusa yoluxub.

 

 

Gununsesiaz.info