Fatih Terim: “Avropa çempionatı səhvləri bağışlamır”

  • By admin
  • 06 İyun 2016 15:18

Fateh Terim
“Bu, Avropa çempionatı öncəsi son matçımız idi. Oyuna yaxşı başladıq. Ancaq qol vurduqdan sonra topu rəqibdən almaqda çətinlik çəkdik. İkinci hissə daha fərqli keçdi. Sürətli hücumlarımız rəqibə təhlükə yaratdı. Topla çox oynayan tərəf biz olduq. Qalibiyyət gözəldir, ancaq bizim üçün qələbə qazanarkən doğrularımızı, yanlışlarımızı görmək daha önəmlidir”.
Gununsesi.info xəbər verir ki,  Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Türkiyə millisinin baş məşqçisi Fatih Terim “Avro-2016” öncəsi Sloveniyaya 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra deyib.
O, qarşılaşdıqları hər bir komandanın ciddi rəqib olduğunu bildirib:
“Hər bir komanda ciddi rəqibdir. Bəzi futbolçuları zədələnmələrinin qarşısını almaq üçün əvəzlədim.  Oyunçularım məşqlərdə, yoldaşlıq görüşlərində özlərini yaxşı tərəfdən göstərirlər.Avropa çempionatının mühiti fərqli olacaq. Səhvlərimizi bu turnirə kimi düzəldəcəyik. Qələbə qazanmaq istəyimiz heç vaxt azalmayacaq.  Bu, bizim ən önəmli silahımız olmalıdır. Amma əsas olan oyun zamanı nəzarəti ələ almaqdır. Bugünkü görüşdə bu baxımdan bir az çətinlik çəkdik. Ancaq yenə də komandadan məmnunam. Səhvlərimizi gördük. Həmin səhvləri Avropa çempionatında etməyəcəyik. Çünki bu turnir səhvləri bağışlamır”.
F.Terim aylar sonra millidə qol vuran Burak Yılmaz haqda da danışıb:
“Burakın bugünkü çıxışı sevindirici idi. Qapıçımız və müdafiəçilərimizin oyununu da bəyəndim. Orta xəttdə də istədiyim kimi çıxış etdik.  Nələr etdiyimizi yenidən görmək üçün bu matçın videoyazısınızı izləyəcəyik. Türkiyə millisi qələbə qazanmağa davam edir. Bütün matçlarda yaxşı oynamağa çalışacağıq”.   (qol.az)