“Fastfood” sevənlər üçün ayaqqabı istehsal edildi - FOTOLAR

  • By admin
  • 13 Fevral 2020 14:26

ABŞ-ın “Cross” şirkəti “fastfood” sevənlər üçün ayaqqabı istehsal edib.

Gununsesi.org xəbər verir ki, bu barədə “Metro” portalı məlumat yayıb.

Xəbərdə bildirilir ki, yeni modellər bu ilin yazında limitli sayda satışa çıxarılacaq.

Ayaqqabılar iki formada – klassik və hündür dabanlı olacaq.

Ayaqqabıların yuxarı hissəsində qızardılmış toyuq təsvir olunacaq.

Bundan əlavə, alıcılara qızardılmış toyuq ətirli zərgərlik məmulatları da təqdim ediləcək. Yeni modellərin qiyməti hələ ki, açıqlanmır.