“Facebook” və “Twıtter” Rusiyaya təzminat ödəməkdən imtina etdi

  • By admin
  • 29 May 2020 09:36
“Facebook” və “Twitter” sosial şəbəkələri onlara qarşı Rusiyada məhkəmə qərarı ilə elan edilən 4 milyon rubl həcmində təzminatı ödəməkdən imtina edib. 
Gununsesi.org xəbər verir ki, Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar üzrə Dövlət Nəzarəti Xidməti (“Roskomnadzor”) bir müddət öncə “Facebook”da, eləcə də “Twitter”də qeydiyyatı olan rusiyalıların ünvanlarının, fotolarının və digər şəxsi məlumatlarının məxfiliyinin qorunmadığı iddiası ilə məhkəməyə müraciət etmişdi.
Nəticədə sosial şəbəkələr cərimələnmişdi. Ancaq cərimə ödənilməyib. Bundan narazılıq edən “Roskomnadzor”un etirazına cavab olaraq “Facebook” və “Twitter” Rusiyada çıxarılmış məhkəmə qərarının məntiqsiz olduğunu bildirib. Hər iki şirkət Rusiyada rəsmi qeydiyyata alınmadıqları halda bu ölkənin məhkəməsində 4 milyon rubl cərimələnmələrini qeyri-qanuni hesab etdiyini açıqlayıb.
Gununsesi.org