Facebook koronavirusun iqtisadi təsirinə qarşı- 30 ÖLKƏDƏ SAHİBKARLARA 100 MİLYON DOLLAR AYIRACAQ

Facebook koronavirusun iqtisadi təsirinə qarşı

 

Gununsesi.org-un ABŞ mediasına istinadən verdiyi xəbərə görə, Facebook korporasiyası bildirib ki, koronavirusun iqtisadi təsirini aradan qaldırmaq üçün 30-dan çox ölkədəki 30.000-ə qədər kiçik müəssisəyə 100 milyon dollar nağd pul yardımı və reklam kreditləri verməyi planlaşdırır.

Əsasən nağd pul verməyi planlaşdıran Facebook biznes sahiblərinin kömək üçün necə müraciət etməsi barədə yaxın zamanda ətraflı məlumat vercək.

Facebook şirkətinin baş əməliyyat direktoru Şeril Sandberq bildirib ki, iqtisadi böhran kiçik müəssisələr üçün ciddi risk yaradır.

“Biz kiçik müəssisələrə ən yaxşı şəkildə necə kömək edə biləcəyimizi başa düşmək üçün onları dinlədik. Anladıq ki, maliyyə dəstəyi bu bizneslərin fəaliyyətini davam etdirməsini və işçilərin maaşlarının ödənməsini təmin edəcək “, deyən Sandberg həmçinin əlavə edib ki, Facebook şirkəti kiçik biznesləri təlim və dəstəklə təmin edilməsini planlaşdırır.

Facebook bildirir ki, şirkətlər kirayə haqqı, əməliyyat xərclərini ödəmək və ya Facebook-da reklam üçün nağd puldan istifadə edə biləcəklər.

Gununsesi.org

COMMENTS