Fəzail Ağamalı Sergey Lavrovun bəyanatını əhəmiyyətsiz saydı

  • By admin
  • 15 Oktyabr 2016 12:29
fez1
Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvanda ermənilərə verdiyi mesaj yerində olsa da, mən onun nəticə verəcəyinə inanmıram.
Bu fikri Gununsesi.info-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı Sergey Lavrovun İrəvanda Türkiyənin Qarabağ münaqişəsindəki rolu  ilə bağlı mövqeyini şərh edərkən deyib.
Onun sözlərinə görə, Rusiya-Türkiyə münasibətlərinin istiləşməsi iki dövlətin maraqlarına xidmət etdiyi ki, Azərbaycanın da milli maraqlarına cavab verir. “Türkiyə-Rusiya münasibətləri nə qədər yüksək səviyyədə olarsa, bu münasibətlər Azərbaycanın işğal altında olan torpaqların da azad olunmasına öz müsbət təsirini göstərə bilər. Lakin burada  da müəyyən problemlər mövcuddur. Bildiyiniz kimi aprel döyüşləri ermənilər və onun himayədarlarına ağır zərbə oldu. Bundan  dərhal sonra  Vyanada və Sant Peterburqda yüksəksəviyyəli görüşlər keçirildi. Bu görüşlərdə beş rayonun, hətta yeddi rayonun azad olunması gündəmə gəldi.  Bu zaman Ermənistanda bir siyasi şou düzəldildi. Orada baş verən hadisələr  bir daha sübut etdi ki, Ermənistan işğalçılıq siyasətindən geri çəkilmək niyyətində deyil və torpaqları işaldan azad etmək istəmir.
Digər bir məqam isə ondan ibarətdir ki, ölkə başçısı İlham Əliyevin  bu yaxınlarda ermənilərin himayədarlarının Azərbaycana təzyiq edərək Qarabağın müstəqilliyinin tanınması ilə bağlı səsləndirdiyi açıq fikirlər, vəziyyətin o qədər də, xoşagələn olmadığını göstərir. Bu konteksdə Türkiyə Rusiya münasibətləri yeüksələn xətt  üzrə inkişaf etməsi fonunda Azərbaycanın işğal altındakı torpaqların azad olunması tərəflər arasında müzakirə predmetinin olması, əlbəttə ki, müsbət hadisədir”- dey, millət vəkili vuröualyıb.
F.Ağamalı əlavə edib ki,  bu mənada  Rusiya XİN başçısı Sergey Lavrovun  İrəvanda verdiyi mesaj yerinə düşdü: “Baxaq görək, ermənilər bundan nəticə çıxaracaq ya yox.  Güman etmirəm ki, ermənlər  bundan nəticə çıxarsınlar. Hər zaman demişəm və bir daha təkrar edirəm işğal altında olan torpaqlarımızın işğaldan azad olunmasının yeganə açarı Milli ordumuzun şücaəti və qəhrəmanlığındadır”.
Millət vəkili deyib ki, bunun üçün  xalq  ölkə başçısı ətrafında daha sıx birləşməli və ordumuzu gücləndirib müharibəyə hazır olmalıyıq. “Mən başqa yol görmürəm. Çünki torpaqlarımızın  işğaldan azad olunması ilə bağlı bu və ya buna bənəzər  situasiyalr yaranıb, lakin  bir neçə aydan  sonra  ümidlər tamamilə sönüb. Odur ki, mən  bu cür bəyantların  Ermənistan hakimiyyətinə  və cəmyyətinə təsir edəcəyi qənaətində deyiləm. Ona görə də, müharibəyə hazırlaşmalıyıq.Başqa yol yox!”.
Mürtəza Bünyadlı
Gununsesi.info