Fətullah Gülən yeni malikanəyə köçüb

  • By admin
  • 19 Yanvar 2017 10:35

 feto

Fətullahçı Terror Təşkilatının  (FETÖ) lideri Fətullah Gülən ABŞ-ın Pensilvaniya ştatındakı malikanəsindən 2,5 kilometr kənarda axar-baxarlı ərazidə malikanə alıb. 

Gununsesi.info-nun  Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, FETÖ liderinin malikanəsi gözdən uzaq ərazidə yerləşir. Malikanə xüsusi təyinatlı mühafizə xidmətinin silahlı əməkdaşları  tərəfindən mühafizə olunur.
Belə ki, malikanə 10 hektarlıq ərazinin 3 hektarında tikilib.  Mülkün sahibi kimi “Golden Generation Worship & Retreat Center Inc” şirkəti göstərilir. Məlumatlara görə, həmin şirkət ötən il sentyabrın 23-də yeni mülk alıb.  

Qeyd edək ki Fətullah Gülən 1999-cu ildən Pensilvaniyanın Saylorsburq şəhərində yaşayır.

Gülnaz Qənbərli

Gununsesi.info