Fərda və Müşviqlə Kənan M.M. arasındakı qalmaqal böyüyür - REJİSSORU ƏLƏ SALAN AKTYOR İŞİ İLƏ SÖZÜNÜ DEMƏYƏ ÇALIŞIR

  • By admin
  • 09 Aprel 2017 08:26

kenan ferda musfiq

Yumororistlər Fərda Xudaverdiyev və Müşviq Şahverdiyevlə rejissor Kənan M.M. arasındakı qalmaqal bitmir.

Gununsesi.info-nun axsam.az-a istinadən axsam.az-a istinadn xəbər verir ki, Axşam.az-ın məlumatına görə, Kənanın dediyi “Komediya boş insanlar üçündür” sözlərini aktyorlar ələ salmışdı. Kənan onların ünvanına “Mən başlar üçün çəkirəm, boşlar üçün yox. Öz tayınızla zaraft edin” sözlərini demişdi.

M.Şahverdiyev rejissorun sözlərinə cavab verərək, bildirib ki, Kənana əhəmiyyət vermir. Rejissoru ələ salan Müşviq işi ilə sözünü deməyə çalışdığını söyləyib:

“Məqsədim, arzum film sahəsində inkişaf etmək, filmlər çəkmək və çəkilməkdir. Vaxtımı boş insanlara sərf etmək istəmirəm. Faktı danmaq mümkün deyil. Siz danışdıqca biz tamaşaçının gözündən düşməyəcəyik. Filmlər bizim pasportumuzdur. Heç kimə fikir vermirəm. Kənan mənə zəng etdi ki, “Niyə dedin? Səhərə qədər hirsimdən yatmadım”. Kənandır da… Mənə şeir zad yazma qardaş, istəmirəm”.

Gununsesi.info