Fəlakətdən sonrakı Daşkəsən FOTOLAR

  • By admin
  • 24 May 2016 15:09

fel1

Ötən gün yağış və dolu ilə müşaiyət olunan güclü külək nəticəsində Daşkəsən şəhərinin 10-dan artıq yaşayış və inzibati binalarının dam örtüklərinə və rayonun yol, elektrik, rabitə təsərrüfatına, əkin sahələrinə ziyan dəyib.

felaket

Rayon İcra Hakimiyyətindən gununsesi.info-ya daxil olan xəbərdə bildirilir ki, 1 nəfər şəhər sakininin fərdi minik avtomobilinin üzərinə ağac aşması nəticəsində avtomobil yararsız hala düşüb. Baş vermiş təbii fəlakət barədə aidiyyəti üzrə qurumlara məlumatlar verilib. Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır.