Fədayə Laçın bir ay sonra azadlığa çıxacaq

  • By admin
  • 30 Sentyabr 2019 16:37

Bu gün Bakı Apelyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan “Qoca” ləqəbli dustaq Etibar Məmmədov və Əli Ağaminin qaçmasına görə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib. 

Gununsesi.org-un verdiyi xəbərə görə, hakim Elmar Rəhimovun icraatında olan prosesdə elan olunan qərara əsasən müğənni Fədayə Laçının cəzası 2 ilə endirilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il azadlıqdan məhrum edilmişdi.
Etibar Məmmədov isə keçirilən əməliyyat zamanı məhv edilib.

Xatırladaq ki, F. Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub. Beləliklə, müğənninin iki illik həbs cəzası gələn ay başa çatır.

Gununsesi.org