Fəzail Ağamalı parlament seçkiləri barədə danışdı

Fəzail Ağamalı parlament seçkiləri barədə danışdı

“Ana Vətən Partiyası”nın sədri Fəzail Ağamalı 9 fevralda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı münasibətini bildirib.

Gununsesi.org xəbər verir ki, Fəzail Ağamalı açıqlamasında bunları deyib:

“Əziz dostlar! Nəhayət, Konstitusiya Məhkəməsi 9 Fevralda keçirilən parlament seçkilərinə möhürünü vurdu. Kifayət qədər gərgin, demokratik və şəffaf keçirilən seçkilər ölkə prezidentinin uğurla reallaşdırdığı islahatların ciddi mahiyyət kəsb edən tərkib hissəsi kimi tarixə düşdü. Dövlətimiz və millətimiz üçün düşərli olsun!”
Partiya sədri daha sonra seçkilərin uğurla keçdiyini və bu seçkilərin Azərbaycanı daha da yüksəklərə qaldıracağını qeyd edib. Ağamalı həmçinin ölkə başçısı İlham Əliyevə səmimi minnətdarlığını ifadə edib.

“Seçki kompaniyasında mənə sona qədər dəstək verən, yüksək siyasi mədəniyyət nümayiş etdirən 60 saylı Salyan-Neftçala seçki dairəsinin seçicilərinə, əvvəldən sona qədər avantüraya böyük təmkin göstərən fədakar komanda üzvlərinə, bir-iki reket saytı istisna olmaqla, bütün KİV-də çalışan dəyərli jurnalist dostlarıma, haqqımda sosial şəbəkələrdə xoş sözlər yazan, haqsız hücumlara cavab verən yurddaşlarıma, seçkilərin Azərbaycan qanunları çərçivəsində aparılmasında böyük peşəkarlıq göstərən MSK-ya və onun bütün vəsilələrinə dərin təşəkkürümü bildirirəm”, – deyə o qeyd edib.

Gununsesi.org

COMMENTS