Eyyub Hüseynova ağır itki - Həkim olan qızı ağır xəstəlikdən vəfat etdi

  • By admin
  • 11 Sentyabr 2019 14:25

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova ağır itki üz verib.

 Gununsesi.org   xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Eyyub Hüseynovun özü məlumat verib. Birlik sədrinin qızı Xumar ağır xəstəlikdən dünyasını dəyişib.

E. Hüseynov bildirib ki, Xumar bir ildir ki, ağciyərində aşkarlanmış xərçəng xəstəliyinə görə müalicə alırmış.

O, ixtisasca həkim olan qızının Kanadada yaşadığını, nəşinin Azərbaycana gətirilməsi üçün qardaşının yola düşdüyünü bildirib: “Valideyn üçün çox ağır itkidir. Övlad itkisi dözülməzdir. Qızım ailəli idi. 44 yaşı vardı. İndi mən balamın nəşini gözləyirəm”.

 Gununsesi.org