Evindən yeddi kiloqram narkotik tapılan Cəlilabad sakini tutuldu- FOTOLAR

Evindən yeddi kiloqram narkotik tapılan Cəlilabad sakini tutuldu

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Gununsesi.org-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı narkotik maddələrin satışı ilə məşğul olan rayon sakini Teymur Hüseynov saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 2 büküm içərisində 15 ədəd psixotrop maddə olan metadon aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq T.Hüseynovun rayon ərazisində yaşadığı evdə də külli miqdarda narkotik vasitələr gizlətdiyi məlum olub.

Onun həyətinə baxış zamanı ümumi çəkisi 4 kiloqram 45 qram olan tiryək və 3 kiloqram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Gununsesi.org

COMMENTS