Evi soyulan Mahir Emrelinin atasından açıqlama - "O MƏNZİL 24 SAAT MÜHAFİZƏ OLUNUR"

  • By admin
  • 11 Sentyabr 2019 22:22

Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.

Gununsesi.org xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Mahirin atası, prodüsser Anar Mədətovla əlaqə saxlayıb.

O, baş vermiş oğurluq hadisəsindən bixəbər olduğunu deyib.

“Bu xəbəri sizdən eşidirəm. Açığını desəm, şok oldum. Sulutəpədəki ev mənimdir və mənim adımadır. Mahirin öz evi yoxdur. Mən o evi vermişəm ki, orada yaşasınlar. Maraqlısı bundadır ki, ev 24 saat mühafizə olunur. Bu hadisə necə baş verə bilər, heç anlamıram. İndi evlə əlaqə saxlayıb, hadisəni öyrənərəm”.

Qeyd edək ki, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, üç mobil telefon və beş min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

 

Gununsesi.org