“Evdə qalmağa məcbur olan, gündəlik çörəkpuluna işləyən ac qalan insanlara və ailələrə yardım məsələsi ləngidilmədən həyata keçirilməlidir” – Deputat Əli Məsimlidən çağırış

  • By admin
  • 04 Aprel 2020 11:32

Milli Məclisin deputatı Əli Məsimli son vaxtlarda dünyada geniş yayılan koronavirus pandemiyası ilə bağlı ölkəmizdə yerinə yetirilməsini önəmli bildiyi tədbirlər paketi ilə çıxış edib.

Həmin tədbirlər proqramını Gununsesi.org-a şərh edən millət vəkili Əli Məsimli açıqlamasında söyləyib ki, evdə qalmağa məcbur olan, gündəlik çörəkpuluna işləyən xeyli sayda ac qalan insanlara və ailələrə yardım məsələsi ləngidilmədən həyata keçirilməlidir. Əli Məsimli həmçinin “Əhaliyə təkcə elektrik enerjisi sahəsində yox, bütün kommunal ödənişlərdə, xüsusilə də qaz və su xidmətlərinə görə ödənişlərdə güzəştlərin edilməsini zəruri hesab edirik”, – deyə qeyd edib.

Deputat həmçinin açıqlamasında söyləyib ki, işsizlik məsələsinə münasibət kökündən dəyişdiririlməli, gerçəkədən işsiz olan insanların mümkün hissəsinin məşğulluğu təmin edilməli, qalanlarına isə işsizlikdən sığorta ödənişi verilməlidir. “Koronovirusun yaratdığı şəraitdən istifadə edib saxtakarlıq edən ünsürləri durdurmaq mümkün olmasa, bir sıra məhsulların qiymətləri sürətlə artmaqda davam edər ki, bu da əhalinin güzəranına ciddi zərbə vurar”, – deyə deputat Əli Məsimli əlavə edib.

Parlamentin üzvü həmçinin ölkəmizdə 143 min işsiz kimi qeydə alınanlardan yalnız 1711 nəfərinə işsizlik sığortası ödənişi təyin edildiyini də dilə gətirib.

O bildirib ki, Azərbaycanda bu infeksiya ilə mübarizə gücləndirilməsə, yaxın həftələrdə onun fəsadları sürətlə arta, həm virusa yoluxanların, həm də ölənlərin sayı xeyli çoxala bilər. Milli Məclisin deputatı qeyd edib ki, dünyanı cənginə alan koronovirus infeksiyasının fəsadları Azərbaycandan da genişlənir.

“Düzdür, bir sıra ölkələrlə müqayisədə bizdə bu virusa yoluxanların və ölənlərin göstəriciləri hələlik azdır. Məsələn, əgər dünyada COVID-19 virusundan dünyasını dəyişənlər bu xəstəliyə tutulanların 5 faiznin üstündədirsə, Azərbaycanda hələ 1,2 faiz təşkil edir. Amma Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı müəyyən qalxıb-enmələrlə, artan xəttlə gedir. Həm də bu xəstəliyə yoluxma sürəti sağalanların sürətini üstələyir. Azərbaycanda bu infeksiya ilə mübarizə gücləndirilməsə, yaxın həftələrdə onun fəsadları sürətlə arta, həm virusa yoluxanların, həm də ölənlərin sayı xeyli çoxala bilər. Ona görə də yaranmış vəziyyətə adekvat olaraq koronovirusla mübarizə daha da sərtləşdirilir” , – deyə o bildirib.

Depuat söylədi ki, koronavirus və onun ətrafında gedən proseslərin sadəcə, bir səhiyyə məsələsi çərçivəsindən çıxıb, çox ciddi iqtisadi, sosial və psixoloji problemlər yaratmağa başlayıb.
“Problemin sadalanan tərəflərində gərginliyin səngidilməsi məqsədilə ölkə Prezidentinin tapşırığı ilə koronavirusun və onun ətrafında gedən proseslərin Azərbaycan iqtisadiyyatına,sahibkarlara vurduğu ziyanın təsirinin aradan qaldırılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı 4 işçi qrupu yaradılıb. Bu istiqamətdə hazırlalanan proqramlara öncə 1 milyarda manat ayrılıb və sonradan həmin məbləğ 2,5 milyard manata qaldırılıb. Bu,ölkənin ÜDM-nin 3 faizi səviyyəsində olub, kifayət qədər böyük puldur”, – deyə o əlavə edib.
O bildirib ki, işdən çıxarılmaların qarşısının alınmasına vergi və kredit güzəştlərinin tətbiq edilməsinə ehtiyac var.
“Proqramlar barədə verilən rəsmi məlumatlarda göründüyü kimi, hazırlalanan sənədlər sahibkarlara vergi və kredit güzəştlərinin tətbiq edilməsi, ipoteka kreditləşdirilməsinin genişləndirilməsi və sair bu kimi önəmli məslələri özündə əks etdirir. Mikrobiznes də daxil olmaqla, proqram həm sahibkarın, həm də özəl sektorda muzdla çalışan 600 mindən artıq vətəndaşlarımızın dəstəklənməsini əhatə edir. Hökumətin bu yöndə nəzərdə tutduğu tədbirlərin həyat keçirilməsi yaranmmış hazırkı mürəkkəb durumda işçilərin xeyli hissəsinin işdən çıxarılmasının qarşının alınmasında əsas rol oynayacaq. Çünki hazırki ağır şəraitdə kiminsə iş yerini itirməsi onu və ailəsini çox çətin duruma salır. Ona görə hökumət qurumlarında hazırlanan proqramları müsbət qiymətləndirməklə yanaşı, əhalini daha çox düşündürən bir sıra məsələlərin də həllinin sürətləndirilməsini önəmli hesab edirik”, – deputat qeyd edib
 Deputat əlavə edib ki, hökumətin hazırladığı “Sosial paket” hələ tam açılqanmasa da, hələlik görünən odur ki, orada vətəndaşlara birbaşa güzəştlər cəmiyyətdə formalaşan gözləntilər səviyyəsində nəzərdə tutulmayıb. Daha sonra millət vəkili açıqlamasında təklif etdikləri proqramı bu cür təsvir edib:
“1. Koronavirus və onun ətrafında gedən proseslərlərdən doğan fəsadların xeyli hissəsi əslində, fors-major halına uyğun olduğundan, bir sıra ölkələrin təcrübəsində olduğu kimi, bizdə də hazırlanan proqramlarda sahibkarlarla yanaşı, əhali üçün də itkilərinin qarşılanması və ya azaldılması istiqamətində əlavə tədbirlər paketinin təqdim olunmasını zəruri hesab edirik.
2. Koronavirusla bağlı yaranan situasiya tələb edir ki, iki istiqamətdə işlər paralel həyata keçirilsin: yəni əhalini birbaşa koronavirusdan qorumaq tədbirləri ilə yanaşı, evdə qalıb çölə çıxa bilmədiyindən, maddi durumu pisləşən vətəndaşlara da kömək məsələsi operativ həll edilməli,“evdə qal” tələbi, evdə köməksiz qalanlara təcili yardım paketi ilə tamamlanmalıdır. Hökumətin hazırladığı tədbirlər proqramları işə düşəcəyi aralıq müddətdə özünütəcrid qaydalarına əməl edən, evdən bayıra çıxmayan insanların necə dolana bilməsi sualına da yubanmadan cavab vermək lazımdır. Xeyli adam var ki, evində nə ərzaq, nə də pul ehtiyatı var. Çünki bizə olan çoxsaylı müraciətlər də göstərir ki, xeyli insan gündəlik çörəkpuluna işləyirdi və onun evdə qalması ailənin ac qalmasına səbəb olub. Ona görə də, təcrid vəziyyətinə düşmüş belə insanlara, ailələrə yardım məsələsi ləngidilmədən həyata keçirilməlidir. Artıq bir sıra strukturlar tərəfindən bu yöndə müəyyən addımlar atılmağa başlanılıb. Bu işə sistemli xarakter verib miqyaslarını da artırmaq lazımdır ki, diqqətdənkənar qalan olmasın. Aidiyyatı qurumlar, yerli icra strukturları, bələdiyyələr, imkanlı adamlar da bu cür imkansızlara əl tutmalııdr ki, hökumətin hazırladığı biznesə və əhaliyə kömək paketi işə düşənə qədər insanlar düşdüyü ağır durumdan çıxa bilsinlər.
 3. Sahibkarlara proqramda nəzərdə tutulduğundan əlavə həm də mövcud kreditlərin ödənilmə müddətində güzəştlərin də əlavə edilməsini, o cümlədən əhalinin kredit borcları və faizlərin ödənilmsində bir neçə aylıq güzəştlərin edilməsini, kredit ödəmələrinin gecikdirilməsinə görə tətbiq edilən sanksiyalarn dayandırılmasını,bunun əvəzində isə Dövlətin və Mərkəzi Bankın kommersiya banklarına müvafiq dəstəyin verməsinin zəruri hesab edirik.
4. Proqramda kommunal xərclərlə bağlı yalnız elektrik enerjisindən istifadənin limitinin 300 kvt saatdan 400 kvt saata çatdırılmsı öz əksini tapıb.Yəni proqram qəbul olunandan sonra hazırkı variandan fərqli olaraq, əhali 400 kvt saata qədər elektik sərfiyyatını hər kvt saatını 7 qəpikdən, ondan yuxarı sərfiyyatın hər kvt saatını isə 11 qəpikdən ödəyəcək. Əvvəla, əhalinin əksəriyyəti bu dəyişiklikdən faydalanmayacaq, faydalanın isə qənaət etdiyi pul bir neçə manatdan artıq olmayacaq. Tətbiq olunan xüsuis rejim şəraitində əhalinin evlərdə qalması, insanların təkcə işıq yox, bütün kommunal xidmətlərdən daha intensiv istifadə etməsinə gətirib çıxarıb. Buna görə də əhaliyə təkcə elektrik enerjisi sahəsidə yox, bütün kommunal ödənişlərdə, xüsusilə də qaz və su xidmətlərinə görə ödənişlərdə güzəştlərin edilməsini zəruri hesab edirik.
 5. Beynəlxalq Əmək Təşkilatının metodikası ilə hesablayanda 2019-cu ildə Azərbaycan üçün işaxtaran və işsiz şəxslər-235 min nəfərə yaxın olub. Həmin şəxslərin 143 min nəfəri işsiz kimi qeydə alınıb. Amma onlardan yalnız 1711 nəfərinə və ya 1,2 faizinə işsizlikdən sığorta ödənişi təyin olunub.Bu, çox simvolik bir rəqəmdir. Koronavirus və onu ətrafında gedən proseslərin sadəcə bir səhiyyə məsələsi çərçivəsindən çıxıb, çox ciddi iqtisadi və sosial problemlər yaratdığı bir zamanda əhalinin sosial durumu ilə bağlı bu cür məsələlərə çox həssas yanaşmaq lazımdır. Ona görə də işsizlik məsələsinə münasibət kökündən dəyişdiririlməli, gerçəkədən işsiz olan insanların mümkün hissəsinin məşğulluğu təmin edilməli, qalanlarına isə işsizlikdən sığorta ödənişi verilməlidir. Bu üsul,hazırkı şəraitdə çox ağır duruma düşüb sosial müdafiəyə ehtiyacı olan insanların xeyli hissəsinin düşdüyü vəziyyətdən çıxmasına kömək etmiş olar. Bu addımın ünvanlı sosial yardım alanların dairəsinin genişləndirilməsi ilə tamamlanması hazırlanan proqramlarda nəzərə alınmayan sosial problemlərin həllinin yumşaldılmasında müstəsna rol oynaya bilər.
 6. Rəsmi proqnozlara görə bu il 4,6 faiz inflyasiya gözləntisi nəzərdə tutulub. Bu ilin iki ayında inflasıyanın 2,8 faiz olması göstərir ki, bu sahədə proseslər proqnozda göstərildiyindən də yaxşı meyl götürmüşdü.Amma koronavirus və onun ətrafında gedən proseslərin qiymətlərin də artmasına təsir edir. Bunun bazar münasibətlərinin qanunauyğunluğundan doğan təbii tərəfiinin baş verməsi labüddür… Amma qiymətin süni surətdə artımının hər faizi ailə büdcəsinə ildə 370 milyon manat ziyan vurur. Koronovirusun yaratdığı şəraitdən istifadə edib saxtakarlıq edən ünsürləri durdurmaq mümkün olmasa, bir sıra məhsulların qiymətləri sürətlə artmaqda davam edər ki, bu da əhalinin güzəranına ciddi zərbə vurar. Əhainin qiymət artımından itkilərinin müəyyən hissəssini qarşılamaqdan ötrü minimum əmək haqqının 250 manatdan 300 manata çatdırılması Vahid Tarif Cədvəlinin bütün 19 kateqoriyası üzrə maaş alan işçilərin əmək haqqlarını artmasına müsbət təsir edər. Eyni zamanda, minimum pensiyaların da 200 manatdan 250 manata qaldırılması hazırkı durumda vəziyyəti pisləşən aşağı pensiya alan yaşlı insanların durumuna bir qədər təsir etmiş olar.
7. Azərbaycanda mərhələ-mərhələ xüsusi şəraitin sərtləşdirilməsi əhalinin tibbi maskalara olan tələbatını daha da artırıb. Apteklərdə ucuz maska tapmaq çox çətindir, baha maska almağa isə bütün əhali təbəqələrinin heç də hamısının pulu çatmır. Maska işinin təşkili ilə bağlı lazımı komponentlər atıq xaricdən Azərbaycana gətirilib. Hazırkı şəraitdə bu problemin həllinin sürətləndirilməsi çox önəmlidir.
8. Yeni şəraitdə insanların bayıra çıxma imkanları daha da məhdudlaşır. Ona görə də əhalinin, xüsusən də regionlarda yaşayan pensiyaçıların öz pensiyalarını bankomatlardan çıxarması üçün bir qayda olaraq rayon mərkəzlərinə gəlməsinlər deyə, regionlarda, kəndlərdə bankomatların sayının artırılmasını, Beynlxalq Bank və Kapital Bankla yanaşı, əlavə ödəniş edilmədən digər bankların bankomatlarından da pul çıxarılmasına imkan yaradılmasını, eləcə də bu xidmətin harada varsa, orada poçtlardan istidafə edilməsini və “Asan Xidmət” xətti ilə, xüsusən də ucqar kəndlərdə yaşayanların öz əmək haqqı, pensiya və digər ödənişlərini yerindəcə asanca ala bilməsi üçün bir sıra innovativ üsulların tətbiqinə başlanılmasını zəruri hesab edirik”.
Pərviz Həşimli